Məhsullar
Keyfiyyətli şüşə sistemləri və avtomatik qapılar
Əsas məhsul kateqoriyaları
Porte Group tərəfindən AZAL Tədris Mərkəzində şüşə arakəsmə sistemlərinin quraşdırılması işləri uğurla həyata keçirildi. Bu işlər nəticəsində: Məkan effektiv şəkildə zonalara ayrıldı Təbii işıqdan maksimum istifadə təmin olundu Açıq və estetik görünüş əldə edildi Layihə yüksək keyfiyyət və dəqiqliklə tamamlanmışdır.
Kolektiv House layihəsi çərçivəsində Porte Group tərəfindən şüşə arakəsmə sistemlərinin quraşdırılması həyata keçirildi. Məkanın funksional şəkildə bölünməsi üçün tətbiq olunan şüşə arakəsmələr açıq və geniş atmosferi qoruyaraq komfortlu iş mühiti formalaşdırdı. Layihə üzrə bütün konstruksiyalar ölçüyə uyğun hazırlanıb yüksək dəqiqlik və səliqə ilə təhvil verildi.
Türkiyənin ən böyük coworking şəbəkələrindən biri olan Kolektiv House layihəsində Porte Group tərəfindən MDF qapıların təchizatı və quraşdırılması həyata keçirildi. Məkanın interyer konsepsiyasına uyğun seçilən qapılar funksionallıq və estetik görünüşü bir araya gətirərək ofis mühitinə müasir görünüş qazandırdı. Bütün işlər ölçüyə uyğun dəqiqliklə hazırlanaraq peşəkar şəkildə tamamlandı.
Ölkəmizin ilk əczaçılıq layihəsi olan Skandens layihəsi çərçivəsində şüşə arakəsmə və şüşə qapı sistemlərinin icrası komandamız tərəfindən yüksək peşəkarlıqla və uğurla həyata keçirilmişdir.